• Bakı C

    9.61 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

HƏMAS girovları azad etməsə, məhv ediləcək

DÜNYA

21 Fevral 2025 | 14:00

HƏMAS girovları azad etməsə, məhv ediləcək

HƏMAS 2023-cü ildə götürülən israilli girovları geri qaytarmasa, məhv ediləcək.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu CNN telekanalının efirində ABŞ Prezidenti Donald Trampın girovların işi üzrə xüsusi nümayəndəsi Adam Beler bildirib.

“Mən onların yerində olsaydım, girovları azad edərdim, əks halda onlar tamamilə məhv  ediləcəklər. HƏMAS üçün bir tövsiyəm var: Şiri Bibasın meyitini dərhal geri qaytarmalısınız”, - o qeyd edib.

Xatırladaq ki, daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu israilli girov Şiri Bibasın meyitinin əvəzinə nəmalam Qəzza sakininin meyitini təhvil verdiklərini bildirib və bunu anklavda atəşkəs razılaşmasının kobud şəkildə pozulması adlandırıb.


SON XƏBƏRLƏR

21 Fevral 2025