• Bakı 20° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Tramp Putini dayandıra biləcəyinə SÖZ VERDİ

DÜNYA

23 Mart 2025 | 13:35

Tramp Putini dayandıra biləcəyinə SÖZ VERDİ

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini dayandıra biləcəyini deyib.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə “Outkick” portalının jurnalisti Kley Trevisə müsahibəsində bildirib.

“Dünyada məndən başqa Putini dayandıra biləcək kiminsə olduğunu düşünmürəm. Mən onu dayandıra bilərəm. Biz çox rasional müzakirə apardıq. Mən insan ölümlərinin dayandırılmasını istəyirəm”, - o, əlavə edib.

Tramp həmçinin, Rusiyanın davamlı qlobal demonizasiyasına baxmayaraq, Moskva ilə Vaşinqton arasında heç bir böyük münaqişənin baş verməməsindən təəccübləndiyini bildirib:

“2008-ci ildə Rusiya-Gürcüstan münaqişəsi zamanı ABŞ-yə Corc Buş, 2014-cü ildə Krımın ilhaqı zamanı Barak Obama rəhbərlik edib. Mən Putini çox yaxşı tanıyıram. Prezidentliyimin ilk dövründə o, heç bir yeri hücum etməyib”.


SON XƏBƏRLƏR

08 May 2025