• Bakı 18° C

    4.87 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

Roma Papasının dəfn mərasimi şənbə günü keçiriləcək - YENİLƏNİB

DÜNYA

22 Aprel 2025 | 12:53

Roma Papasının dəfn mərasimi şənbə günü keçiriləcək - YENİLƏNİB

Roma Papası Fransiskin dəfn mərasimi aprelin 26-da keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müqəddəs Taxtın mətbuat xidməti məlumat yayıb.

Mərasim Santa Maria Maggiore bazilikasında keçiriləcək.

Pontifik vəsiyyətnaməsində dəfn mərasiminin daha az təntənəli keçirilməsini və adi bir xristianın dəfninə bənzəməsini tapşırıb.

Fransisk həmçinin tabutun təntənəli möhürlənmə mərasimindən və onun pontifikliyi dövründə zərb edilmiş sikkələrin və əməllərinin qısa təsvirinin tabuta qoyulması ənənəsindən imtina edib. O, sink üzlüklü sadə taxta tabut seçib.

Hazırda "Müqəddəs Marfa" evində Fransisklə vida mərasimi keçirilir.

***

12:07

Aprelin 21-də vəfat edən Roma Papası Fransiskin Vatikandakı iqamətgahındakı kapellasında - "Müqəddəs Marfa" evində onunla vida mərasimi başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, mərasimdən fotoşəkillər Vatikanın rəsmi KİV-I tərəfindən dərc edilib.

Fransisk Santa Maria Maggiore bazilikasında dəfn ediləcək. 2022-ci ildə hazırlanmış və dünən açıqlanan vəsiyyətnamədə pontifik dəfn olunmaq istədiyi dəqiq yeri göstərib. Vəsiyyətnamədə qeyd olunduğu kimi, onun dəfn xərcləri xeyriyyəçi tərəfindən ödənilib.

Dəfn mərasiminin şənbə günü, aprelin 26-da keçiriləcəyi gözlənilir. Vatikan qaydalarına görə, pontifik ölümündən 4-6 gün sonra dəfn edilməlidir.

Qeyd edək ki, Müqəddəs Taxtın mətbuat xidmətinin dünən yayımladığı rəsmi tibbi hesabatda Fransiskin koma və ürək dayanmasına səbəb olan insult keçirdiyi bildirilir.


SON XƏBƏRLƏR