• Bakı 18° C

    4.87 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

Harvard Universiteti Trampı məhkəməyə verdi

DÜNYA

22 Aprel 2025 | 09:24

Harvard Universiteti Trampı məhkəməyə verdi

ABŞ-nin nüfuzlu Harvard Universiteti Donald Trampın administrasiyasını məhkəməyə verib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "The Harvard Crimson" tələbə qəzeti məlumat yayıb.

Bildirilib ki, buna səbəb universitetin milyardlarla dollar dəyərində maliyyə vəsaitindən məhrum edilməsi olub.

Universitet ABŞ hökumətini konstitusiyaya zidd və qanunsuz kampaniya aparmaqda ittiham edir.

Məhkəmə iddiasında bildirilir ki, bu kampaniya Harvardın konstitusion hüquqlarını müdafiə etdiyi üçün ona qarşı "cəza tədbiri" kimi həyata keçirilib.

Harvard 2,2 milyard dollar məbləğində vəsaitin dondurulmasının qeyri-qanuni hesab olunmasını və bu qərarın ləğvini tələb edir.

Universitet hesab edir ki, bu maliyyələşmədən imtina Harvardı öz idarəetmə sistemini dəyişməyə, akademik proqramlarını və işə qəbul qaydalarını yenidən nəzərdən keçirməyə məcbur etmək məqsədi daşıyır.


SON XƏBƏRLƏR