• Bakı 18° C

    4.87 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - CAVAB

DÜNYA

22 Aprel 2025 | 10:15

Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - CAVAB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan siyasi ambisiyalarının olmadığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə TASS-a müsahibəsində danışıb.

Jurnalistin “Nə vaxtsa Türkiyə lideri olmaq ehtimalını nəzərdən keçirmisinizmi? Bu xüsusda hansısa siyasi ambisiyalarınız varmı?” sualına cavab verən B.Ərdoğan deyib: “Siyasi ambisiyalarım yoxdur. Bu barədə mənə tez-tez sual ünvanlayırlar, lakin qeyri-hökumət sektorunda qalmaq, vətəndaş cəmiyyəti ilə işləmək istəyirəm”.

Onun sözlərinə görə, vaxtının çoxunu təhsil layihələrinə - məktəb, universitet, təqaüd proqramları və akademik mükafatlara həsr edir: “Öz arzularını reallaşdıra bilmələri üçün ən istedadlı və parlaq gəncləri dəstəkləyirəm. Həmçinin mədəniyyətin dirçəldilməsi, irsin qorunub saxlanılması üzərində işləyirəm. Həyatımı məhz buna həsr etmək istəyərdim”.


SON XƏBƏRLƏR