• Bakı 18° C

    4.87 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

Suriyada təhlükəsizlik tədbirləri gücləndirilib

DÜNYA

22 Aprel 2025 | 11:36

Suriyada təhlükəsizlik tədbirləri gücləndirilib

Suriya hökuməti ABŞ Dövlət Departamentinin Dəməşqdə mümkün terror aktları barədə xəbərdarlıqlarına ciddi yanaşaraq təhlükəsizlik tədbirlərini gücləndirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Suriya administrasiyasına yaxın mənbə bildirib.

"Suriya hakimiyyəti ABŞ-nin Dəməşq və digər əyalətlərdə mümkün terror aktları və təxribatlar barədə xəbərdarlıqlarına ciddi yanaşıb və bu təhdidlərin qarşısını almaq üçün tədbirlər görülməsini tapşırıb", - o qeyd edib.

Suriya rəhbərliyi təhlükəsizlik xidmətlərinə və Müdafiə Nazirliyinə təhdidlərə qarşı sürətli, eləcə də effektiv tədbirlər görməyi tapşırıb. Artıq Dəməşqdə blokpostların sayı artırılıb.

O qeyd edib ki, yaranmış vəziyyətdə Suriya hakimiyyəti Türkiyəyə müraciət edib. Müraciətdə Ankaradan pilotsuz uçuş aparatlarının Suriyanın müxtəlif bölgələri üzərində kəşfiyyat uçuşlarının sayını artırmaq xahiş edilib.


SON XƏBƏRLƏR