• Bakı 18° C

    4.87 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

Şahbaz Şərif bu gün Ərdoğanla görüşəcək

DÜNYA

22 Aprel 2025 | 11:46

Şahbaz Şərif bu gün Ərdoğanla görüşəcək

Pakistanın Baş naziri Şahbaz Şərif bu gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “X”də yazıb.

"Prezidentimiz Rəcəb Tayyib Ərdoğan regional və qlobal bir çox məsələdə əsas rola sahib olan ölkəmizin xarici siyasətinə milli mənafelərimiz əsasında çoxölçülü və uzaqgörən bir baxış bucağı ilə liderlik etməyi davam etdirir", - deyə o qeyd edib.

F.Altun vurğulayıb ki, Türkiyə Prezidenti bu gün ardıcıl olaraq Avropa Şurasının Baş katibi Alain Berset, Avstraliyanın General-Qubernatoru Samanta Mostin və Pakistanın Baş naziri Şahbaz Şəriflə Ankarada görüşlər keçirəcək.


SON XƏBƏRLƏR