• Bakı C

    0.61 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

Pakistanda yol qəzası - 13 ölü

DÜNYA

22 Aprel 2025 | 12:40

Pakistanda yol qəzası - 13 ölü

Pakistanda sərnişin mikroavtobusu ilə baş verən yol qəzasında azı 13 nəfər ölüb və daha 20 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Xinxua” yerli hakimiyyətə istinadən məlumat yayıb.

Məlumata görə, 30-dan çox sərnişin daşıyan furqon yoldan çıxaraq dərəyə yuvarlanıb. Sərnişinlər buğda tarlalarında işlədikdən sonra evlərinə qayıdırdılar.

Bildirilib ki, ölənlər arasında dörd uşaq olub. Xəsarət alanlar yaxınlıqdakı tibb müəssisəsinə çatdırılıb. Bəzi yaralıların vəziyyəti kirtikdir.

Qeyd olunub ki, qəza aprelin 21-də ölkənin cənub-qərbində yerləşən Sind əyalətinin Camşoro rayonunda baş verib.


SON XƏBƏRLƏR

25 Yanvar 2026
24 Yanvar 2026