İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında yerləşən Beyt-Hanun şəhəri ərazisində yerüstü əməliyyata başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əsas məqsəd HAMAS-a məxsus terror obyektlərini hədəf alaraq, Qəzzanın şimalında təhlükəsizlik zonasını genişləndirməkdir
Əməliyyat zamanı İsrail qırıcıları bölgədəki bir neçə HAMAS obyektinə zərbələr endirib.
İsrail Müdafiə Qüvvələri, təhlükəsizlik məqsədilə mülki şəxslərin döyüş bölgəsindən təxliyəsinə imkan yaradır.