Avropa İttifaqı (Aİ) ölkələri Kiyevə dəstəyi əngəlləmək cəhdlərindən sonra Macarıstanı səsvermə hüququndan məhrum etmək imkanını nəzərdən keçirirlər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniya qəzeti “The Guardian” yazıb.
Bundan əvvəl rəsmi Budapeştin Ukraynanın Aİ-yə mümkün üzvlüyü ilə bağlı referendum keçirmək qərarına gəldiyi məlum olmuşdu. Səsvermə bülletenlərində “Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyirsinizmi?” sualı qoyulur.
Müvafiq plakatlar bütün ölkə boyu asılıb. “Onlara bizim əvəzimizə qərar verməyə imkan verməyək”, – Ukrayna Prezidenti Volodimir Zelenski, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa Parlamentində Avropa Xalq Partiyasının lideri Manfred Veberin təsvir olunduğu şüarda belə deyilib.