Taylandda havanın çirklənməsinin səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi səviyyədən 20 dəfə yüksək ölçüldükdən sonra 103 məktəbdə təhsil dayandırılıb.
Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, bu barədə Banqkok Böyükşəhər İdarəsinin(BMA) qubernatoru Çadçart Sittipunttabe məlumat verib.
O, bildirib ki, 103 məktəbdə dərslər 1 gündən 5 günə qədər müddətə dayandırılıb. Məktəb direktorlarına ərazilərindəki havanın keyfiyyətinin tələbələr üçün risk olub-olmamasına qərar vermək səlahiyyəti verib.
Havanın çirklənməsi ilə əlaqədar əhaliyə maska taxmaq və açıq hava fəaliyyətlərindən çəkinmək tövsiyə olunub.
Gülşən Şərif