• Bakı C

    9.08 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Peskov: Kiyev sülh danışıqlarını istəmir

DÜNYA

21 Fevral 2025 | 16:51

Peskov: Kiyev sülh danışıqlarını istəmir

Kremlin sözçüsü Dmitriy Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.

Bakıvaxtı.az xarici mediaya istiandla xəbər verir ki, Peskov Rumıniyanın "Rusiya ABŞ ilə məsləhətləşmələr apararaq NATO qoşunlarının Şərqi Avropadan çıxarılmasını tələb etdi" açıqlamasını dəyərləndirib: 

 "NATO-nun hərbi infrastrukturunun sərhədlərimizə doğru irəliləməsindən narahatıq. Bu mövzuda mövqeyimiz yaxşı məlumdur və heç kimə sirr deyil",- o, qeyd edib.

Ukraynanın sülh danışıqlarına yanaşmasına toxunan sözçü diqqətə çatdırıb ki, Kiyev administrasiyası sülh danışıqlarında və sülhə nail olmaq prosesində iştirak etmək istəmir. Lakin Putin Ukrayna probleminin sülh danışıqları yolu ilə həllinə açıqdır: 

"Bizim milli təhlükəsizlik və maraqlarla bağlı məqsədlərimiz var. Biz bu məqsədlərə dinc danışıqlar yolu ilə nail olmağa hazırıq".

Əli Hüseynov


SON XƏBƏRLƏR

21 Fevral 2025