Pakistanın hakim partiyalar koalisiya və müxalif “Ədalət naminə hərəkat”ın maraqlarını təmin edən komitələr ölkədəki siyasi gərginliyi azaltmaq üçün danışıqların ilk raunduna başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, dekabrın 23-də baş tutan görüş yalnız ilkin mərhələ idi və faktiki partiyalararası məsləhətləşmələr 2025-ci il yanvarın 2-də başlayacaq.
Qeyd edək ki, hazırda müxalif qüvvələr hakimiyyət orqanlarından fəallarının və tərəfdarlarının həbsdən azad edilməsini, həmçinin 9 may 2023-cü il iğtişaşları və 26 noyabr 2024-cü il etiraz aksiyası ilə bağlı məhkəmə araşdırmalarının aparılmasını tələb edir.