Afrika əhalisi 2050-ci ilə qədər təxminən 2,5 milyard nəfərə çatacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin Afrika İqtisadi Komissiyasının (UNECA) hesabatında deyilir.
Qeyd olunub ki, XXI əsrin ortalarına qədər Afrika ölkələrinin sakinlərinin orta yaşı 20 il olacaq. Bu, Afrikanı dünyanın ən gənc qitəsinə çevirəcək.
Hesabatda deyilib ki, gənc əhali sənayenin inkişafı üçün işçi qüvvəsi kimi istifadə edilə bilən qiymətli demoqrafik aktivi təmsil edir.