Yeni ilə sayılı günlər qaldı. Hər il bu bayramı qeyd edən yüzlərlə ölkə içərisinə bu il yenisi də əlavə olunub.
Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, Bəşər Əsədin hakimiyyətdən getməsindən sonra ölkədə ilk Yeni il qeyd ediləcək.
Ölkənin paytaxtı Dəməşqdə bayram ab-havası yaratmaq üçün yolkalar qurulub, müxtəlif dekorativ bəzək əşyaları yerləşdirilib. Onu da qeyd edək ki, dekabrın 8-i müxalif qüvvələrin hakimiyyəti ələ almasından sonra dünyanın müxtəlif yerlərində yaşayan suriyalılar da ölkəsinə qayıdıb.