• Bakı C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.7708

    RUB - 1.7061

Antonio Koşta Aİ-nin müdafiəsinin gücləndirilməsi sahəsində əlavə səylərə çağırıb

DÜNYA

22 Yanvar 2025 | 14:29

Antonio Koşta Aİ-nin müdafiəsinin gücləndirilməsi sahəsində əlavə səylərə çağırıb

Avropa İttifaqı (Aİ) daxilində sülhün təmin edilməsi üçün müdafiə, suverenlik və strateji muxtariyyət üçün daha çox məsuliyyət götürmək lazımdır.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sədri Antonio Koşta Strasburqda Avropa Parlamentinin plenar sessiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu səbəbdən 2022-ci ildən sonra üzv dövlətlər müdafiə ilə bağlı büdcələrini artırıblar:

"Bu gün həm NATO-nun, həm də Aİ-nin üzvü olan 23 dövlət ÜDM-in 2 %-dən çox hissəsini öz müdafiəsinə xərcləməlidir".

A.Koşta qeyd edib ki, növbəti illərdə döyüş sursatlarının, ikili təyinatlı məhsulların istehsalı, kritik müdafiə materialları ilə təminat da daxil olmaqla müdafiə sahəsində əlavə səylər tələb ediləcək.

O həmçinin fevralın 3-də Avropa İttifaqının müdafiə məsələləri üzrə qeyri-rəsmi sammitini çağırıb:

"Bu, Aİ ölkələri rəhbərlərinin müdafiə sahəsində gələcək qərarlar və siyasi direktivlər üçün zəmin hazırlamaq məqsədilə yalnız müdafiə məsələlərinə həsr olunmuş ilk görüşüdür".


SON XƏBƏRLƏR