İndoneziyanın Mərkəzi Yava adasında yerləşən Pekalonqan şəhərində baş vermiş torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 20-yə çatıb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, məlumata görə, ümumilikdə isə 1715 ailə zərər görüb.
Bildirilir ki, torpaq sürüşmələri nəticəsində çoxsaylı kənd və qəsəbələrə gedən yollar bağlanıb və elektrik enerjisinin təchizatı kəsilib.
Bazar ertəsindən etibarən davam edən güclü yağışlar, bir neçə regionda daşqınlara yol açıb. Bleqa bölgəsində bir neçə ibadət yeri və təhsil müəssisəsi sel suları altında qalıb.
Əli Hüseynov