"Netflix"in baş direktoru Ted Sarandos 4 il ərzində Meksikaya 1 milyard dollar sərmayə qoyacaqlarını açıqlayıb.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Belə ki, Sarandos Meksika prezidenti Klaudiya Şeynbaumun Mexikoda keçirdiyi mətbuat konfransında danışıb.
O, buradakı çıxışında Meksikanın şirkət üçün əhəmiyyətindən danışıb. Sarandos Şeynbaumun "inkişaf və imkanlarla dolu canlı və firavan Meksika vizyonunu" paylaşdıqlarını vurğulayıb.
Bunun bir parçası olmaq istədiklərini ifadə edən Sarandos qeyd edib:
"Netflix"in önümüzdəki 4 il ərzində Meksikada serial və film istehsalına 1 milyard dollar sərmayə qoyacağını elan etməkdən xoşbəxtəm".
Əli Hüseynov