Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, İstanbulda keçirilən etiraz aksiyaları zamanı bir polis əməkdaşına yandırıcı maddə atıldığını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.
Nazir, bu cür hərəkətlərin qəbul edilməz olduğunu vurğulayaraq, ictimai asayişi pozmağa çalışanlara qarşı qəti tədbirlər görüləcəyini qeyd edib.