• Bakı 13° C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.0781

Papanın ölüm səbəbi AÇIQLANDI

DÜNYA

21 Aprel 2025 | 23:40

Papanın ölüm səbəbi AÇIQLANDI

Roma Papası Fransisk komaya və ürək dayanmasına səbəb olan insultdan ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Vatikanın Səhiyyə və Gigiyena İdarəsinin direktoru, professor Andrea Arkangelinin hesabatına əsasən “Vatican News” məlumat yayıb.

“Tibbi sənəd göstərir ki, Papa əvvəllər ikitərəfli multimikrob pnevmoniya, çoxsaylı bronxoektaziya, arterial hipertoniya və II tip şəkərli diabet fonunda kəskin tənəffüs çatışmazlığı yaşayıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, Roma Papası bu gün səhər saatlarında iqamətgahında vəfat edib.


SON XƏBƏRLƏR

21 Aprel 2025