Kioto Universitetinin alimləri yerin süni cazibə qüvvəsi ilə Ayda yaşayış kompleksi yaratmağa başlayıblar.
Bakıvaxtı.az "Kyodo News"a istinadən xəbər verir ki, Kajima tikinti korporasiyası ilə birlikdə elm adamları "Neo Lunar Glass" adlı iddialı bir layihə elan ediblər.
Layihə Ayda hündürlüyü 400 metr, diametri 200 metr olan parabolik strukturun tikintisini nəzərdə tutur. Quruluşun içərisində Yerin cazibə qüvvəsini süni şəkildə simulyasiya etmək üçün fırlanma hərəkətindən istifadə ediləcək. Alimlərin fikrincə, bu, çəkisi az olan insanlarda sümük və əzələ kütləsinin itirilməsinin qarşısını almağa kömək edəcək.
Layihənin 10 minə qədər insanı mənzillə təmin edə biləcəyi planlaşdırılır. Kyoto Universitetinin professoru Yosuke Yamaşiki bu texnologiyanın unikallığını qeyd edərək, digər ölkələrdə oxşar inkişafın olmadığını vurğulayıb.
1:2000 miqyaslı ilk prototip artıq təqdim olunub.
Gülşən Şərif