İsrail 2025-ci ildə Donald Trampın ABŞ Prezidenti vəzifəsinə qayıtmasının yəhudi dövləti üçün yeni imkanlar açacağına ümid edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar parlamentin xarici işlər və müdafiə komissiyasının iclasında çıxışı zamanı bildirib.
"Növbəti il çətin il olacaq. 2025-ci il Donald Trampın rəhbərliyi altında böyük imkanlar ili olacaq", - o qeyd edib.
Nazir Trampın ABŞ-də hakimiyyətə qayıtması fonunda nikbin olduğunu vurğulayıb.
Qeyd edək ki, Donald Tramp 20 yanvar 2025-ci ildə ABŞ Prezidenti vəzifəsinə başlayacaq.