Avstraliyada 34 yaşlı diş həkimi Farzem Mehrabi internetdə tanış olduğu 18-22 yaş arası 6 gənc qızı içkilərinə narkotik vasitə qataraq cinsi zorakılıq tətbiq edib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Farzem Mehrabi 2022-ci ildə tanışlıq proqramlarında tanış olduğu 18-22 yaşlı altı gənc qıza qarşı 20-dən çox cinayət törədib.
Mehrabinin cinayətlərinə cinsi istismar, narkotik və qadağan olunmuş maddələrin tədarükü daxildir.
Məhkəmədə Mehrabinin qadınlara yaşı və həyatı barədə yalan danışdığı üzə çıxıb.
Belə ki, "Tinder" və "Bumble"da yaratdığı profillərdə onun 24 yaşında və 1.80 boyunda olduğu qeyd edilib. Real həyatda isə onun 31 yaşı olduğu bəlli olub.
Əli Hüseynov