Nəsimi rayonu, “4-cü mikrorayon” dairəsi, Hüseyin Seyidzadə küçəsində baş vemiş yanğın səbəbindən Mir Cəlal Paşayev küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
***19:07
Bakı şəhərinin Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən beşmərtəbəli yaşayış binasına bitişik obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə, o cümlədən binaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.
18:43
Xəbər verdiyimiz kimi, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində, Hüseyn Seyidzadə küçəsində yanğın baş verib.
Bakıvaxtı.az Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə istinadla xəbər verir ki, Nəsimi rayonu, “4-cü mikrorayon” dairəsi, Hüseyin Seyidzadə küçəsində baş vemiş yanğınla əlaqədar Mir Cəlal Paşayev küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Əli Hüseynov
18:36
***
Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində yanğın baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Hüseyn Seyidzadə küçəsi ünvanında qeydə alınıb.
Məlumata görə, yanğın yaşayış binası ərazisində qeydə alınıb.
Hadisə yerinə yanğınsöndürmə heyəti cəlb edilib. Hazırda yanğının söndürülməsi ilə bağlı işlər davam etdirilir.
Həmçinin, əraziyə polis əməkdaşları göndərilib.
İtkilərlə bağlı məlumat yoxdur.
Əli Hüseynov