• Bakı C

    7.69 m/s

  • USD - 1.7

    EUR - 1.7708

    RUB - 1.7061

Həbsdə olan sayt rəhbərinə hökm oxundu

HADİSƏ

22 Yanvar 2025 | 17:55

Həbsdə olan sayt rəhbərinə hökm oxundu

Vətəndaşlardan daxil olan müraciətlər əsasında saxlanılan “Dunyaninsesi.az” saytının rəhbəri Ərşad İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlərə Məhkəməsində hökm oxunub.

    Hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə Ərşad İbrahimov 8 il müddətinə azadlıqdan məhrum olunub.

    Qeyd edək ki, Ərşad İbrahimov 2023-cü ildə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqıa Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

    Sayt rəhbəri ayrı-ayrı şəxslər barəsində müxtəlif rüsvayedici xəbərlər yayaraq sonradan həmin xəbərlərin silinməsi üçün hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunur.

    Onun barəsində Cinayət Məcəlləsinin təkrar hədə-qorxu ilə tələb etmə maddəsi üzrə cinayət işi qaldırılaraq barəsində həbs qətimkan tədbiri seçilib


    SON XƏBƏRLƏR