Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az Azərtac-a istinadla xəbər verir ki, hadisə Mingəçevir-Bəhramtəpə yolunun Yevlax rayonunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Niva”, "Hyundai" və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılardan biri Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.