Fövqəladə Hallar Nazirliyi Zaqatala rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, rayonun Muxax kəndində vətəndaşa məxsus ümumi sahəsi 150kv.m. olan birmərtəbəli dördotaqlı evin 1 otağının yanar konstruksiyaları 50 kv.m. sahədə və şüşə-pambıqdan ibarət dam örtüyü 100 kv.m. sahədə yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilib.
***
09:14
Zaqatalada evin yanması nəticəsində bir nəfər yanaraq ölüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Muxax kəndində baş verib.
Kənd sakini, 1972-ci il təvəllüdlü Ömərova Arzu İbrahim qızı yaşadığı evin yanması nəticəsində yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.