• Bakı 15° C

    2.96 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.0781

3 ayda baş verən yanğınlarda 14 nəfər ölüb

HADİSƏ

21 Aprel 2025 | 15:51

3 ayda baş verən yanğınlarda 14 nəfər ölüb

2025-ci ilin ilk 3 ayı ərzində respublika ərazisində hazırki dövrdə təhqiqatı aparılmış 398 yanğın hadisəsi baş verib və yanğınların rəsmi vahid statistik uçotuna daxil edilib.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 51 ədəd azalma deməkdir.

Məlumata görə, baş vermiş sözügedən hadisələr nəticəsində dəymiş 4.461.421 manat maddi ziyan hesablanıb ki, bu da 2024-cü ilin ilk rübü ilə müqayisədə 1.184.671 manat azdır. Bu ilin birinci rübündə yanğın hadisələri nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 41 nəfər az, yəni 47 nəfər xəsarət alıb. İnsan təlafatında da azalma qeydə alınıb. Belə ki, yanğınlar nəticəsində 14 nəfərin tələfatı qeydə alınıb ki, bu da 5 nəfər azalma deməkdir.

"Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən mütəmadi aparılan maarifləndirmə və preventiv tədbirlərin nəticəsidir ki, yanğınların sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə azalmasına nail olunub",- deyə FHN-nin məlumatında qeyd olunur.

Mina Mikayılova


SON XƏBƏRLƏR