• Bakı 26° C

    4.21 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Azər Qasımlı ilə bağlı qərar verildi

HADİSƏ

21 May 2025 | 12:12

Azər Qasımlı ilə bağlı qərar verildi

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatətə baxılıb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu gün Yasamal rayon Məhkəməsində bununla bağlı iclas keçirilib.

Məhkəmə vəsatəti təmin etməyib.

Qeyd edək ki, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026