Bakının Sabunçu rayonunda yerləşən “Louvre Palace” şadlıq sarayında yanğın baş verib.
Bakıvaxtı.az Manset.az-a istinadən xəbər verir ki, hadisə ötən gün toy mərasimi keçirilən zaman olub. Belə ki, saat 19:35 radələrində baş verən yanğının mətbəxdə başladığı bildirilib.
Həmçinin qeyd olunub ki, yanğın zamanı şadlıq evində iki toy mərasimi keçirilirmiş.
Sözügedən görüntüləri təqdim edirik: