Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonunun Alar kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2017-ci il təvəllüdlü N.M. həyətlərində olarkən aşan daş hasarın altında qalıb.
Müxtəlif bədən xəsarətləri alan azyaşlı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır./report