• Bakı 18° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

Qadınları fotoları ilə şantaj edən şəxs saxlanıldı

HADİSƏ

21 May 2025 | 16:11

Qadınları fotoları ilə şantaj edən şəxs saxlanıldı

Lənkəran sakini olan qadını şantaj edən şəxs tutulub.

DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, rayon sakini olan qadının üzərinə rüsvayedici sözlər yazılmış fotosunun sosial şəbəkədə paylaşılması və silinməsi müqabilində ondan bir neçə dəfə müxtəlif məbləğlərdə pul tələb olunması barədə polisə məlumat daxil olub.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri ilə hədə-qorxuda şübhəli bilinən Bakı sakini 25 yaşlı Əli Müslümov saxlanılıb.

Araşdırmalarla Ə. Müslümovun sosial şəbəkədə işlətdiyi səhifələrdə ayrı-ayrı qadınların fotoşəkillərini paylaşıb müxtəlif məbləğlərdə pul tələb edərək alması müəyyən olunub.

Hazırda həmin şəxsin digər analoji əməllərinin olub-olmaması araşdırılır.


SON XƏBƏRLƏR

21 May 2025