• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İranda "Mossad"la əlaqələrdə şübhəli bilinən 30 nəfər saxlanılıb

HADİSƏ

20 Iyun 2025 | 14:56

İranda "Mossad"la əlaqələrdə şübhəli bilinən 30 nəfər saxlanılıb

İranın hüquq-mühafizə orqanları 13 iyundan etibarən Həmədan vilayətində 30 nəfəri saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə regional polis idarəsinin rəisi Cəlal Cəfəri bildirib.

Onun sözlərinə görə, həmin şəxslər İsrailin kəşfiyyat xidməti "Mossad" ilə əlaqələrdə şübhəli bilinir.

"Son həftə ərzində sionist rejimini dəstəkləməkdə və "Mossad" ilə əlaqələrdə şübhəli bilinən 30 nəfər saxlanılıb", - deyə o bildirib.

C.Cəfəri əlavə edib ki, onlardan ən azı 14 nəfəri sosial şəbəkələrdə mesajlar paylaşaraq ictimai iğtişaşlar törətməyə çalışıb, bəziləri hərbi obyektlərin yaxınlığında şübhəli şəkildə gəzib, digərləri isə yanğınlar törədib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026