• Bakı 26° C

    3.36 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

İstanbul məhkəməsi azərbaycanlı blogerlə bağlı QƏRAR VERDİ 
 

HADİSƏ

19 Iyul 2025 | 21:32

İstanbul məhkəməsi azərbaycanlı blogerlə bağlı QƏRAR VERDİ  

İstanbul Ağır Cəza Məhkəməsi azərbaycanlı bloger Səfər Eyvazova bağlı qərar verib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, cinayətdən qaynaqlanan qanunsuz yolla əldə edilmiş əmlakın cəzasından təqsirləndirilən S.Eyvazov haqqında məhkəmə nəzarəti tətbiqi ləğv edilib.

Qeyd edək ki, iyunun 21-də Türkiyədə Kibercinayətlərlə Mübarizə İdarəsinin əməkdaşları aralarında sosial media fenomenlərinin və bloqerlərin də olduğu 120 nəfəri saxlayıb.

Əməliyyat zamanı saxlanılan şəxslər çirkli pulların yuyulmasında şübhəli bilinirlər. 

Saxlanılanlar arasında azərbaycanlı bloqer Səfər Eyvazov da olub. TikTok sosial şəbəkəsində 726 min izləyicisi olan Eyvazovu instaqramda da 1 milyondan çox adam izləyir.

Murad Məmmədli


SON XƏBƏRLƏR

19 Iyul 2025