• Bakı 26° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.121

"Gəncəli Mübariz"in oğlunun şikayəti təmin edilmədi

HADİSƏ

18 Avqust 2025 | 13:52

Gəncəli Mübarizin oğlunun şikayəti təmin edilmədi

Ömürlük məhkum "Gəncəli Mübariz" kimi tanınan Mübariz Niyazovun oğlu Ramin Niyazovun iş adamı Eldəniz Verdiyev barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Ramin Niyazovun şikayəti təmin edilməyib. İş adamı Eldəniz Verdiyevin barəsində çıxarılan bəraət qərarı dəyişdirilmədən saxlanılıb.

Eldəniz Verdiyevin vəkili Asim Abbasov faktı "Report"a təsdiqləyib.

Qeyd edək ki, Ramin Niyazov sosial şəbəkələrdə və media resurslarında Eldəniz Vəliyevi ağır və xüsusi ağır cinayətlərdə ittiham edərək böhtan atmaqda ittiham edib.

Səbail rayon Məhkəməsində Ramin Niyazovun verdiyi şikayət təmin edilməyib, Eldəniz Verdiyev barəsində təqsirləndirilən şəxs qismində verilməsi ilə bağlı bəraət qərarı çıxarılıb.

Xatırladaq ki, Ramin Niyazovun vəkili hazırda həbsdə olan Adəm Məmmədovdur.


SON XƏBƏRLƏR

17 Avqust 2025