• Bakı 19° C

    3.09 m/s

  • USD - 1.7

    EUR - 2.0021

    RUB - 2.0531

Sumqayıtda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi - VİDEO

HADİSƏ

16 Sentyabr 2025 | 20:37

Sumqayıtda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 8-ci mikrorayon, M.Ə.Sabir küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın pilləkən qəfəsliyində baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının elektrik lövhəsində 15 ədəd sayğac və elektrik açarları, 1-ci mərtəbədən 5-ci mərtəbəyə qədər şaxta boyunca 15 p.m. elektrik kabeli və 5 ədəd şaxta qapısı qismən yanıb.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 3-ü azyaşlı olmaqla 8 nəfər bina sakini təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

 


SON XƏBƏRLƏR