75 siçan və 1500 milçəkdən ibarət "Bion-M No 2" biopeyki yüksək enlik orbitində bir aylıq uçuşdan sonra sentyabrın 19-da Yerə qayıdacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Roskosmos özünün "Telegram" kanalında məlumat yayıb.
Məlumata görə, “Bion” kosmik gəmisinin göyərtəsində geniş spektrli bioloji obyektlər yerləşdirilib. Bunlar milçəklər, mamırlar, hüceyrə kulturaları və bitki nümunələridir.
Qeyd olunub ki, təcrübənin məqsədi qütb orbitində radiasiya və çəkisizliyin canlı orqanizmlərə təsirini öyrənməkdir. Uçuşun planlaşdırılan müddəti 30 gündür.
Nəzərə çatdırılıb ki, Bion kosmosda bioloji tədqiqatlar üçün xüsusi olaraq hazırlanmış bir sıra rus kosmik gəmisidir. 1973-cü ildən 1996-cı ilə qədər bu seriyanın 11 peyki uğurla buraxılıb. 2013-cü ildə Bion-M adlı cihazın modernləşdirilmiş versiyasının ilk təqdimatı baş tutub.
Mina Mikayılova