Rusiyanın Suriyadakı hərbi bazaları mövzusu Prezident Vladimir Putin və Suriya lideri Əhməd əş-Şəraa arasında aparılan danışıqların gündəliyində olub.
Bakıvaxtı.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bazalar mövzusu gündəlikdə yer alıb", - o qeyd edib. Bununla belə, Peskov bu məsələ ilə bağlı müzakirələrin nəticələri barədə məlumat verməyib.
O, Əş-Şəraanın keçmiş Suriya Prezidenti Bəşər Əsədin təhvil verilməsi tələbini səsləndirib-səsləndirməməsi və Putinin bu məsələyə münasibəti barədə suala belə cavab verib: "Əsəd məsələsinə gəlincə - bununla bağlı məlumat verə biləcəyimiz heç nə yoxdur".