• Bakı 12° C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

İmamoğlu meşədə niyə qazıntı aparırmış? - Peyk görüntüləri yayıldı

DÜNYA

15 Noyabr 2025 | 00:58

İmamoğlu meşədə niyə qazıntı aparırmış? - Peyk görüntüləri yayıldı

İstanbulun sabiq meri və hazırda həbsdə olan Ekrem İmamoğlu haqqında Cebeci bölgəsindəki mədən sahələrində genişmiqyaslı qanunsuz qazıntı fəaliyyətlərinin həyata keçirilməsi ilə bağlı iddianamə hazırlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Həmin ərazilərin icazəsiz şəkildə hasilat zonalarına çevrildiyi, peyk görüntülərində isə meşəlik sahələrə ciddi şəkildə zərər vurulduğu bildirilir.

İddianaməyə əsasən, İmamoğlu və ona bağlı şəxslərin təzyiq və təhdid yolu ilə mədən sahələrini ələ keçirdiyi, qanunsuz fəaliyyətlərdən əldə edilən gəlirlərin isə xüsusi şirkətlərə yönləndirildiyi qeyd olunub.

Peyk görüntülərinin 2022–2025-ci illər üzrə müqayisəli təhlili nəticəsində ərazidə icazəsiz qazıntıların aparıldığı ortaya çıxıb. Meşə örtüyünün məhv edilməsi və mədən sahələrinin zərər görməsi isə iddianamənin əsas sübutları arasında yer alıb.

Sənəddə iddia olunur ki, 2019-cu ildən sonra İmamoğlunun göstərişi ilə bir qrup şəxs bölgədəki mədən sahələrini “dövlət göndərib” görüntüsü yaradaraq təzyiq və hədə-qorxu yolu ilə ələ keçirməyə başlayıb.

2021-ci ildən etibarən isə İSTAÇ korporasiyasının səlahiyyətində olan qazıntı sahələrinin istifadəsinə imkan verilməyib və bunun əvəzinə Cebecidəki mədən əraziləri İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən qazıntı sahəsi kimi istifadə olunub.

İddialara görə, qazıntılardan əldə edilən gəlirlər Murat Gülibrahimoğlu adlı şəxsə məxsus şirkətlərin hesablarına yönləndirilib. Bundan başqa, Gülibrahimoğlunun şirkətləri ilə İSTAÇ və İSFALT korporasiyaları arasında müxtəlif müqavilələr imzalanaraq qanunsuz fəaliyyəti leqallaşdırmaq təsiri yaradılıb.

Qeyd edilir ki, prokurorluq sənəddə mədən sahələrindən qanunsuz istifadə və gəlirlərin şəxsi şirkətlər vasitəsilə yönləndirilməsi ilə bağlı araşdırmalarını davam etdirir.

Xatırladaq ki, İmamoğlu bu ilin martında həbs edilmişdi./Qafqazinfo


SON XƏBƏRLƏR

14 Noyabr 2025