• Bakı 16° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Maduro amerikalılara müharibə ilə bağlı çağırış edib

DÜNYA

15 Noyabr 2025 | 09:13

Maduro amerikalılara müharibə ilə bağlı çağırış edib

Venesuela Prezidenti Nikolas Maduro Amerika xalqını müharibənin qarşısını almağa və Latın Amerikası və Karib hövzəsində sülhü qorumağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bolivar Respublikasının prezidenti 35 ölkənin nümayəndələrinin iştirak etdiyi beynəlxalq hüququn müdafiəsi üzrə vəkillərin iclasında bəyan edib.

"Mən Amerika Birləşmiş Ştatları xalqına müraciət edirəm ki, Karib dənizində dəlicəsinə müharibəyə başlamaq istəyənləri dayandırsınlar. ABŞ hökumətinin insan haqlarını və beynəlxalq hüququ pozması Maduroya, Venesuelaya, hətta Cənubi Amerika və Karib hövzəsinə qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlib. Bizim amerikalı bacı və qardaşlarımız bu barədə ilk xəbərdar olmalıdırlar", - deyə o qeyd edib.

Üstəlik, Maduro son "Venesuela sülh istəyir" sözlərini ingilis dilində səsləndirilib.


SON XƏBƏRLƏR

14 Noyabr 2025