Ukrayna PUA-larının hücumundan sonra Volqa çayındakı Saratov neft emalı zavodu fəaliyyətini dayandırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi iki sənaye mənbəsinə istinadən məlumat yayıb.
Məlumata görə, zavod bu ayın sonuna qədər bağlı qala bilər.
Qeyd edək ki, Ukrayna ordusu noyabrın 11-də Saratov neft emalı zavoduna zərbələr endirib. Bu hücumlar obyektin yaxınlığında partlayışlara və yanğına səbəb olub.
Bakı 



