Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ " markalı minik avtomobili başqa bir avtomobillə toqquşub. Qəza zamanı 1998-ci il təvəllüdlü M. Hüseynov, 2004-cü il təvəllüdü Y. Kazımov və 1999-cu il təvəllüdlü T. Quliyev xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, onlara yardım edilib. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Bakı 




