• Bakı C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.9453

    RUB - 2.1208

Bir görüntü, iki dost, iki Milli Qəhrəman - NADİR FOTO

CƏMİYYƏT

17 Mart 2026 | 09:49

Bir görüntü, iki dost, iki Milli Qəhrəman - NADİR FOTO

Xüsusi Təyinatlı Qüvvələrin təlimi zamanı çəkilmiş və uzun müddət ictimaiyyətə təqdim olunmayan bir foto sosial şəbəkələrdə yayılıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, kadrlarda Azərbaycan Ordusunun qəhrəman hərbçiləri – mayor Samid İmanov və gizir Pərvin Əliyev birgə görüntülənib.

Məlumata görə, sözügedən foto hər iki hərbçinin döyüş hazırlığı prosesində çəkilib və onların xidmət dövrünə aid nadir anlardan biri kimi dəyərləndirilir.

Qeyd edək ki, gizir Pərvin Əliyev 2014-cü ilin 1–3 avqust tarixlərində Azərbaycan–Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 2-də o, doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndində torpağa tapşırılıb. Dəfn mərasimində minlərlə sakin, eləcə də xidmət etdiyi hərbi hissənin şəxsi heyəti iştirak edib, mərasim yaylım atəşi ilə başa çatıb.

Aprel döyüşləri zamanı isə mayor Samid İmanov ağır yaralanmasına baxmayaraq döyüş meydanını tərk etməyib. Əsgərlərin onu çıxarmaq istəyinə etiraz edərək əvvəlcə yaralı gizirin təxliyəsini əmr edib. Daha sonra isə əsir düşməmək üçün son ana qədər mübarizə apararaq qəhrəmancasına şəhid olub.

Sözügedən görüntünü təqdim edirik.

Əli Hüseynov


SON XƏBƏRLƏR

16 Mart 2026