“Sisakan” dəstəsinin komandiri Aşot Minasyan (“Aşot Yerkat”) silah saxladığına görə 2 il müddətinə azadlıqdan məhrum edilib.
Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, Apellyasiya Məhkəməsi şərti cəza haqqında birinci instansiya məhkəməsinin qərarını ləğv edib.
Qeyd edək ki, Aşot Minasyan 2021-ci ilin dekabrında Baş nazir Nikol Paşinyanın qətlini hazırlamaqda ittiham olunaraq həbs edilib. İstintaq daha sonra onda çox sayda silah və sursat aşkarlandığını açıqlayıb. Daha sonra dəlil çatışmazlığı səbəbindən o, zaminə buraxılıb. 2024-cü ilin dekabrında Sünik məhkəməsi onu 1 il 10 ay sınaq müddətinə azadlıqdan məhrum edib.