• Bakı 17° C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1725

Peruda etiraz aksiyaları: 55 polis əməkdaşı yaralandı

DÜNYA

16 Oktyabr 2025 | 14:05

Peruda etiraz aksiyaları: 55 polis əməkdaşı yaralandı

Perunun paytaxtında hökumət əleyhinə nümayişlər zamanı 70-dən çox adam yaralanıb.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu barədə ölkənin prezidenti Xose Yeri "X" sosial media saytında bildirib.

O, postda 55 polis əməkdaşı və 20 mülki vətəndaşın yaralandığı bildirilib.

Dövlət başçısının sözlərinə görə, iğtişaşlarda iştirak etdiklərinə görə 10 nəfər həbs edilib.  

Xatırladaq ki, Peruda bir neçə həftədir gənclərin iştirakı ilə hökumət əleyhinə etirazlar keçirilir. Etirazçıların tələblərindən biri təhlükəsizlik böhranı səbəbindən oktyabrın 10-da impiçment elan edilmiş keçmiş prezident Dina Boluartenin istefası olub. Onun devrilməsindən sonra etirazçılar parlamentin buraxılmasını tələb etməyə davam ediblər və oktyabrın 10-da yeni prezident kimi and içmiş Herinin istefasını tələb edirlər.

Gülşən Şərif


SON XƏBƏRLƏR