• Bakı 10° C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Təyyarə qəzası ilə bağlı Türkiyə MN-dən daha bir AÇIQLAMA

DÜNYA

15 Noyabr 2025 | 00:12

Təyyarə qəzası ilə bağlı Türkiyə MN-dən daha bir AÇIQLAMA

Türkiyəli mütəxəssislərindən ibarət qrup Gürcüstanda qəzaya uğramış C-130 hərbi təyyarəsinin qalıqlarını araşdıraraq işləri davam etdirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Ankara bundan əvvəl 20 hərbçinin həyatına son qoyan faciənin səbəblərini ətraflı araşdırmaq üçün Gürcüstana 46 ekspertdən ibarət qrupun göndərildiyini elan etmişdi.

Qəza yerindən ekspertlərin hesabatı və “qara qutu”nun deşifrəsinin nəticələri baş verənlər barədə tam təsəvvür yaratmağa imkan verəcək.

Türkiyə hakimiyyəti qəza ilə bağlı yalnız rəsmi strukturların məlumatlarına istinad etməyə çağırış edib.


SON XƏBƏRLƏR

14 Noyabr 2025