• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

İlham Rəhimovun kitabı bolqar dilində nəşr olundu

CƏMİYYƏT

16 Sentyabr 2025 | 16:09 | Müəllif: Qalib İbrahimoğlu

İlham Rəhimovun kitabı bolqar dilində nəşr olundu

İAzərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Sankt-Peterburqun “Юридический центр” nəşriyyatı tərəfindən 2024-cü ildə rus dilində çap olunmuş “Преступление и наказание в мировых религиях” (“Dünya dinlərində cinayət və cəza”) adlı növbəti kitabı Bolqarıstanda çap olunub.

Bakıvaxtı.az-ın məlumatına görə, bu əsər müəllifin, “Din və Cəza” (2020) kitabında təsbit edilmiş cinayət hüququnun mühüm əhəmiyyətli əsası kimi, cinayət və cəza institutu ideyasının təkamülündə dinin rolu və əhəmiyyəti ilə bağlı fikirlərinin davamıdır. Kitabda cinayət anlayışının təkcə hüquqi deyil, həm də tarixi, dini və fəlsəfi aspektləri, onun səbəbləri, dünya dinlərində cəzanın mahiyyəti və sosial rolu nəzərdən keçirilir.

Kitabın rəyçiləri hüquq elmləri doktoru Esbergen Orazulı Alauxanov, hüquq elmləri doktoru Şəhla Səmədova və AME-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyadzadədir.

Kitab hüquqşünaslar, filosoflar, müxtəlif dinlərin nümayəndələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


İlham Rəhimovun kitabı bolqar dilində nəşr olundu
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026