• Bakı 32° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

"Milan" və "İnter" klubları "San Siro" stadionunun alınması barədə razılığa gəldilər

İDMAN

16 Sentyabr 2025 | 15:06

"Milan" və "İnter" klubları "San Siro" stadionunun alınması barədə razılığa gəldilər

İtaliyanın "Milan" və "İnter" klubların "San Siro" stadionunun alınması ilə bağlı razılığa gəliblər.

Bakıvaxtı.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Milan meri Cuzeppe Sala açıqlama verib. 

O, klublarla razılığın əldə olunduğunu bildirib: 

"Arenanı satmaq üçün şəhər şurasına gedəcəyik. Yeni stadion 2031-ci ilədək hazır olmalıdır. Çünki UEFA bizə deyir ki, "San Siro" qorunub saxlanılsa, Milan şəhəri AVRO-2032-dən kənarda qalacaq".

Qeyd edək ki, 2032-ci ildəki Avropa çempionatı İtaliya və Türkiyədə keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Avqust 2026