• Bakı 18° C

    2.76 m/s

  • USD - 1.7

    EUR - 1.9752

    RUB - 2.125

 "Real"ın ulduzu məhkəməyə verildi

İDMAN

15 Oktyabr 2025 | 21:03

 Realın ulduzu məhkəməyə verildi

"Real Madrid"in hücumçusu Vinisius Junior ad gününü qeyd etmək üçün təşkil etdiyi böyük ziyafət zamanı asayişi pozmaqda ittiham olunur.

Bakıvaxtı.az xəbər verir ki, işə kiçik cinayətlər üzrə ixtisaslaşmış Rio-de-Janeyro Xüsusi Cinayət Məhkəməsi baxır. İstintaqın aparılmasına futbolçunun üç gün ərzində (19-21 iyul) ad gününü qeyd etdiyi yerin yaxınlığında yaşayan qonşunun şikayəti səbəb olub. İcarəyə götürülmüş malikanədə 500-ə yaxın qonaq olub.

Şikayət edən şəxs bildirib ki, hətta hərbi polisə də zəng vurub, polis qonaqlardan musiqini azaltmağı və daha sakit olmağı tələb edib. Polis orada olarkən qonaqlar sakitliyə əməl etsələr də, polis getdikdən sonra yenidən səs-küy başlayıb. 

Braziliya qanunlarına görə, "dincliyi və ya iş mühitini pozmaq" 15 gündən 3 aya qədər həbs cəzası və ya cəriməni nəzərdə tutur. Məhkəmə noyabrın 6-na təyin edilib.


SON XƏBƏRLƏR