Portuqaliyalı hücumçu Kriştiano Ronaldo DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İrlandiya Respublikası ilə səfər oyununda birbaşa qırmızı vərəqə alıb.
Bakıvaxtı.az-ın məlumatına görə, matçın 61-ci dəqiqəsində Ronaldo rəqib müdafiəçisi Dara O’Şiyə dirsəklə zərbə endirdiyi üçün meydandan qovulub. Hadisə baş verdiyi anda İrlandiya yığması 2:0 hesabı ilə önündə idi.
Qeyd edək ki, Ronaldo 2003-cü ildən Portuqaliya millisinin üzvüdür.
Bakı 



